Modern.az

Azərbaycanda bir gündə 114 yanğın olub

Azərbaycanda bir gündə 114 yanğın olub

25 Avqust 2022, 12:24

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 114 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

FHN-nin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5 nəfər, o cümlədən Bakı şəhərinin Suraxanı rayonunda “BMW” və “Chevrolet” markalı iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib, 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI