Modern.az

“Azəriqaz”: “İstirahət günü işləmiş işçilərin əməkhaqqı istəməsi düzgün deyil”

“Azəriqaz”: “İstirahət günü işləmiş işçilərin əməkhaqqı istəməsi düzgün deyil”

29 Mart 2013, 13:35


“Azəriqaz” ASC bəzi əməkdaşları rəsmi istirahət elan edilən bayram günlərində işlədilərək əmək haqları ödənilməməsi məsələsinə aydınlıq gətirib. ASC-nin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Araz Ağayev Modern.az-a bildirib ki, ay tamam olmadığından işçilərin əməkhaqları verilməyib: “Ay hələ tamam olmadığından işçilərin maaşları verilməyib. Əməkhaqları isə ayın əvvəlində ödənilir. Bizdə işləyənlərin özləri də bilirlər ki, ay bitəndən sonra maaş ödənilir. Əmək Məcəlləsinin 164-cü maddəsində də göstərilib ki, rəsmi istirahət elan edilən bayram günlərində işləyənlərə əlavə əməkhaqqı ödənilməlidir. Bayramdan isə hələ bir-iki gün keçib. Belə bir müraciətin edilməsi düzgün deyil”.  

  ASC rəsmisinin sözlərinə görə, bayram günlərində işləyən əməkdaşlarımız olubsa, onların maaşları ödəniləcək. Odur ki, təlaşa heç bir əsas yoxdur: “Ay bitəndən sonra tabellər mühasibatlığa təqdim olunacaq. Əgər belə əməkdaşlarımız varsa onların pulları veriləcək”.  

Qeyd edək ki, “Azəriqaz”a tabe olan yerli qaz idarələrinin bəzi əməkdaşları rəsmi istirahət elan edilən bayram günlərində işlədilərək əmək haqları ödənilməyib. Hüquqları pozulan əməkdaşlar bununla bağlı Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinə müraciət edib.  

Gültəkin Ələsgər
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu