Modern.az

Muğanbank”da mükafatlandırma mərasimi - FOTO

Muğanbank”da mükafatlandırma mərasimi - FOTO

29 Mart 2013, 13:45



“Muğanbank” ASC-nin baş ofisində “Monex” təcili pul köçürmə layihəsi çərçivəsində həyata keçirilən “Monex Top 33” bonus kampaniyasının qaliblərinin mükafatlandırma mərasimi oldu.

Tədbirdə çıxış edən “Muğanbank” ASC-nin İdarə Heyəti sədrinin müavini Rasim İsmayılov “Monex” təcili pul köçürmə sisteminin üstünlükləri haqqında danışmış, sistemin uğurlarını qeyd etmişdir. Rasim İsmayılov tədbirdə iştirak edən müxtəlif bankların nümayəndələrinə və bonus aksiyasının qaliblərinə “Monex” sisteminin fəaliyyətinə dəstək olduqlarına görə təşəkkürünü bildirmişdir. Natiq “Monex” sistemi ilə əməkdaşlıq edən banklarda çalışan mindən artıq əməliyyatçının xidmətini yüksək qiymətləndirmiş, bu siyahıda ən çox əməliyyat həyata keçirmiş 33 əməliyyatçının mükafata layiq görüldüyünü xatırlatmışdır. Rasim İsmayılov bu aksiyanın davamlı olacağından söz açmışdır.

Sonra “Monex” təcili pul köçürmə sisteminin lahiyə rəhbəri Vüsal İbrahimov mövcud yeniliklər haqqında danışmış, tətbiq olunmuş yeni proqram təminatının üstünlüklərini qeyd etmişdir. Vüsal İbrahimov “Monex” sisteminin beynəlxalq səviyyədə fəaliyyət göstərməsi istiqamətində aparılan işlərdən danışmış, sistemə qoşulan yeni banklar haqqında məlumat vermişdir.

Sonda “Monex” təcili pul köçürmə sisteminə qoşulmuş müxtəlif banklarda çalışan 33 əməliyyatçıya qiymətli hədiyyələr təqdim edildi. “Ən yaxşı işçi” nominasiyasında “Top 33”-də birinci yerə sahib olan “Bank Respublika”-nın Gəncə filialında çalışan Əliyeva Elnarə “iPad-4” ilə təltif olundu. İkinci yerə layiq görülmüş “Yunayted kredit bank” ASC-nin Gəncə filialının əməkdaşı  İmamverdiyev Emin balansında 200 manat pul vəsaiti olan “Muğanbank” plastik kartı ilə, üçüncü yeri tutan əməliyyatçı isə hər birinin nominal dəyəri 50 manat olan iki ədəd istiqrazla təltif olundu. “Top 33”-ə daxil olan digər 30 əməliyyatçıya isə 50 manatlıq hədiyyə kartları təqdim olundu.

Xatırladaq ki, 2011-ci ildə “Muğanbank” ASC tərəfindən yaradılmış “Monex” təcili pul köçürmə sistemi ölkədə fəaliyyət göstərən 20-dən artıq bankın 300 filial və şöbələrində müştərilərə xidmət göstərir. Bu sistem vasitəsilə müştərilər ölkə daxilində və Gürcüstan ərazisində pul vəsaitlərini təcili göndərə və qəbul edə bilərlər.

Tədbirdən hazırlanış fotosessiyaya baxmaq üçün aşağıdakı “link”ə daxil olun:

//www.muganbank.az/az/news/20130329115044847
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu