
Aprelin 14-də Tələbə Qəbulu üzrə Dövlət Komiyyası (TQDK) tərəfindən keçiriləcək sınaq imtahanına artıq 11 mindən çox abituriyent yazılıb. Bu barədə
Modern.az saytına açıqlamasında TQDK-nin mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. O, qeyd edib ki, bu aprelin 7-də keçiriləcək sınaq imtahanın təkrarı olacaq.
Qeyd edək ki, artıq aprelin 7-də keçiriləcək sınaq imtahanına bütün yerlər dolub.
Aytən Əliyeva