Modern.az

Dünya reytinqlərinin birincisi - “Bozun əlli çaları” Bakıda nəşr olundu

Dünya reytinqlərinin birincisi - “Bozun əlli çaları” Bakıda nəşr olundu

29 Mart 2013, 15:48

“Qanun” nəşriyyatı Britaniya yazıçısı Erika Leonard James-in dünyanın 40-a yaxın ölkəsində 70 milyon nüsxəsi satılmış “Bozun əlli çaları” romanını Azərbaycan dilində çap edib. Bu əsər E. L. Ceymsin (əsl adı Erika Leonarddır) trilogiyasından birinci kitabdır.
Erotik məzmunlu “Bozun əlli çaları” 22 yaşlı universitet məzunu Anasteyşa Stilin hekayətidir.
Təsadüfən 27 yaşlı biznes-maqnat Kristian Qreydən müsahibə almağa yollanan qız az sonra mürəkkəb intim münasibətlərə cəlb olunur. Bəyəndiyi yaraşıqlı kişini sadomazoxist meyillərdən uzaqlaşdırmağa çalışan Anasteyşa Stil tədricən onun seksual köləsinə çevrilir, lakin daha sonra normal eşq istəyi onu bu əsarətdən qurtulmağa sövq edir.

“Bozun əlli çaları”nı Azərbaycan dilinə Əziz Rzazadə tərcümə edib.


Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu