Modern.az

Dünyanın qadın siyasətçiləri Bakıda toplaşacaq

Dünyanın qadın siyasətçiləri Bakıda toplaşacaq

29 Mart 2013, 15:56

Qadın Qolunun ilk iclası Bakıda keçiriləcək. Bu barədə Modern.az saytına partiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ICAPP-ın Daimi Komitəsi qurumun Qadınlar Qolunun ilk iclası 4-6 aprel 2013-cü il tarixlərində keçiriləcək. Bakıda keçiriləcək bu tarixi tədbirə Yeni Azərbaycan Partiyası ev sahibliyi edəcəkdir.
Məqsəd geniş potensiala və resurslara malik olan Asiyanın siyasətçi qadınlarının bir araya gələrək qitənin gələcək inkişafında, bölgədə sülhün, əmin amanlığın və davamlı inkişafın əldə olunmasında onların əməkdaşlığının qurulmasıdır. Bu tədbirdə, həm də Asiyanın siyasətçi qadınlarının çoxtərəfli və ikitərəfli əməkdalığı da müzakirə ediləcəkdir.

İlk dəfə keçiriləcək bu tədbirdə 30-dan çox ölkənin siyasi partiyalarını təmsil edən 50-dən çox qadın siyasətçi iştirak edəcəkdir. Tədbirə bir sıra beynəlxalq təşkilatların təmsilçiləri də qatılacaqlar.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 2012-ci ilin noyabr ayında Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyasının növbəti iclası Bakıda keçirilib. Assambleyanın açılış mərasimində İlk olaraq möhtərəm Prezidentimiz və Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevın ICAPP VII Baş Assambleyasının Fəxri Prezidenti seçilib.

Anar RÜSTƏMOV 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu