Modern.az

“Yaxşı ki, Mehriban xanım var” – Şəhid ailələrindən TƏBRİK

“Yaxşı ki, Mehriban xanım var” – Şəhid ailələrindən TƏBRİK

26 Avqust 2022, 15:55

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

 

Doğum günü təbriklərinə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri də qoşularaq, birinci xanıma uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıblar. 

 

“Zəfər” Şəhid Ailələrinə Yardım İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova Modern.az-a bildirib ki, Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti Azərbaycan xanımları üçün örnəkdir. Onun sözlərinə görə, birinci xanım hər zaman şəhid ailələrinə və qazilərə öz dəstəyini hiss etdirir. 

 

S.Orucova vurğulayıb ki, rəhbərlik etdiyi təşkilatın fəaliyyətinin genişlənməsi, güclənməsi, bütün şəhid ailələrini əhatə etməsi Mehriban xanım Əliyevanın diqqət və qayğısından irəli gəlir. 

 

O, həmçinin qeyd edib ki, Mehriban Əliyeva şəhid övladlarına ana qayğısı göstərir:

 

“Mehriban xanımın şəhid ailələrinə verdiyi dəyər bu gün də özünü doğruldur. O, bütün şəhid ailələrini, xüsusilə də şəhid övladlarını sevindirməyi qarşısına məqsəd qoymuşdu. Bu gün birinci xanımın doğum günü münasibətilə şəhid övladları üçün tədbirlər təşkil olunur. Bütün bunlar birinci xanımın ictimai-siyasi xadim olmaqla yanaşı, ana kimi şəfqətinin göstəricisidir. Bir qadın kimi şəhid adına, şəhid xanımına göstərdiyi sayğının göstəricisidir. Biz hamımız bu əməllərin həyata keçməsində birinci xanıma dəstək olmalıyıq. Bizim təşkilat Mehriban xanımın şəhid xanımlarına göstərdiyi dəstəyin ən bariz nümunəsidir. Biz həmişə çalışacağıq birlikdə olaq, birgə hərəkət edək. Çalışmalıyıq ki, fəaliyyətimiz daha çox şəhid ailəsini əhatə etsin. Əminəm ki, biz buna birlikdə nail olacağıq”.

 

Şəhid Əli Məhərrəmovun anası Aybəniz Məhərrəmova da Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib:

 

“Mehriban xanımın şəhid ailələrinə göstərdiyi diqqət bizi qürurlandırır. Biz hər addımda onun qayğısını hiss edirik. Sevinirik, yaxşı ki, bizim belə Birinci vitse-prezidentimiz var, yaxşı ki, Mehriban xanım var. Təbriklərə mən də qoşuluram. Mehriban xanıma uzun ömür, cansağlığı arzulayıram”. 

 

Şəhid Adil İbrahimlinin xanımı Nargül İbrahimli: “Mehriban xanım şəhid ailələrini hər zaman diqqətində saxlayır. Şəhid ailələrinin yüksək səviyyədə yaşaması üçün əlindən gələni edir. O, hər bir şəhid övladının üzünü güldürür. Bu gün də birinci xanımın doğum günü münasibətilə şəhid övladları üçün şənlik keçirilir. Mehriban xanım daim bizim yanımızdadır. Mən səmimi qəlbdən Mehriban xanımı təbrik edirəm, Allah ona uzun ömür, xoşbəxt günlər nəsib eləsin”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama