Modern.az

"Talışıstanın səsi" radiosunun təsisçisi bəlli oldu - FAKT

"Talışıstanın səsi" radiosunun təsisçisi bəlli oldu - FAKT

29 Mart 2013, 18:11

Şuşadan yayımlanan radiosunun işinə erməni mütəxəssislər cəlb olunub

“Şuşadan yayımlanan “Talışıstanın səsi” adlı talış radiosu öz efir vaxtını artırmağa hazırlaşır. Yaxın gələcəkdə proqram saatı artırılacaq”. Modern.az bildirir ki, bu barədə radoinun təsisçisi olan “Modus Vivendi” Mərkəzinin rəhbəri, Ermənistanın Kanadadı keçmiş səfiri Ara Papayan bu gün keçirdiyi mətbuat konfransında bəyan edib.

O bildirib ki, martın 20-dən fəaliyyətə başlayan “Talışıstanın səsi” radiosu bir saatlıq proqramla efirə çıxır. “Radionun işinə yerli erməni mütəxəsssləri, tələbələr, elm xadimləri və könüllük əsasında işləyən bir qrup talış cəlb olunub”.

Ara Papayan qeyd edib ki, Şuşanın mərkəz kimi seçilməsi texniki səbəblərdən irəli gəlib. O, vurğulayıb ki, “dünyanın bir sıra ölkələrində yaşayan talışlar müxtəlif xəbərlər göndərirlər”. Eks-diplomat iddia edib ki, “Talışıstanın səsi” radiosunda heç bir siyasi xəbər oxunmur və bu humanitar məqsədli layihədir.    

Qeyd edək ki, bu məlumat Azərbaycanda ciddi etiraz doğurub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu