Modern.az

Bakının mərkəzindəki yanğın söndürülüb - FOTOLAR + VİDEO - YENİLƏNİB

 Bakının mərkəzindəki yanğın söndürülüb -  FOTOLAR + VİDEO - YENİLƏNİB

29 Mart 2013, 20:54

Modern.az-ın məlumatına görə, Bakının mərkəzində, “28 May” metrostansiyasının yaxınlığında yerləşən hündür mərtəbəli yaşayış binalardan birində güclü yanğın başlayıb.

Yanğınla əlaqədar əraziyə xeyli sayda yanğın söndürən briqadaları cəlb olunub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsinə çalışırlar. 

***

Əldə etdiyimiz məlumata görə, şəhərin mərkəzində başlanan yanğının hələ də qarşısı alınmayıb. Süleyman Rəhimov küçəsində yerləşən yeni yaşayış binasının 4-cü mərtəbəsinə başlanan yanğın yaxınlıqdakı binalara doğru irəliləyir.

Yaxınlıqdakı binalarda yanaşan sakinlər ərazidən təxliyyə olunublar.   

Yanğının “28” metrosunun yaxınlıqdakı ərzaq bazarına da keçdiyi bildirilir.

***

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, FHN əməkdaşlarının müdaxiləsinə baxmayaraq güclü yanğın nəticəsində yaxılıqdakı "28 May" bazarı və digər ticarət obyekləri tamamilə yanaraq külə dönüb.

Hadisə ilə əlaqədar fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev,  Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov və Bakı metropoliteninin rəisi Tağı Əhmədov əraziyə baxış keçirir.

***

Bakının mərkəzində Süleyman Rəhimov küçəsində başlanan yanğının qarşısı alınnıb. Əməkdaşımzın verdiyi məlumata görə, yanğın tamamilə söndürülüb.

 



Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu