Modern.az

Sahibə Qafarova Pakistan spikerinə başsağlığı verdi 

Sahibə Qafarova Pakistan spikerinə başsağlığı verdi 

27 Avqust 2022, 22:06

Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikası Senatının və Milli Assambleyasının sədrlərinə başsağlığı verib.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, Sahibə Qafarova Pakistan İslam Respublikasında baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar ilə əlaqədar bu ölkənin Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfə və Senatın sədri Məhəmməd Sadiq Sancraniyə başsağlığı məktubları ünvanlayıb.

 

Spiker həmkarlarına, qardaş Pakistan xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, faciə nəticəsində yaralananlara şəfa dilədiyini qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi