Modern.az

Azərbaycan Dövlət Radiosundan “talış efiri” barədə AÇIQLAMA: “Şuşadan yayımlanan radio nəzarətə götürülüb”

Azərbaycan Dövlət Radiosundan “talış efiri” barədə AÇIQLAMA: “Şuşadan yayımlanan radio nəzarətə götürülüb”

Media

30 Mart 2013, 11:05

“Biz həftədə iki dəfə talış dilində proqram yayımlayırıq”

“Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin beynəlxaq radiosu həftədə iki dəfə talış dilində proqram yayımlayır. Biz Talış redaksiyamıza tapşırmışıq ki, “Talışıstanın səsi” radiosu ilə bağlı böyük veriliş hazırlasınlar, bu məsələni gündəlik nəzarətə alacağıq”.
Bu sözləri Səhmdar Cəmiyyətin beynəlxaq radio bölməsinin direktoru Cahangir Bağırov ermənilərin Şuşadan yayımladığı “Talışıstanın səsi” radiosu ilə bağlı Modern.az–a açıqlamasında bildirib.

“Biz özümüz buradan ermənilərin açdığı o radionu dinləyəcəyik. Ona uyğun olaraq, onların veridyi yalnış informasiyalarla bağlı təbliğat xarakterli materiallar yayacağıq”.

C.Bağırovun sözlərinə görə, rəhbərlik etdiyi beynəlxalq radioda hazırda 11 şöbə fəaliyyət göstərir. Bu şöbələrin xətti ilə gündəlik ümumi verilişlərin həcmi 13 saat və ya 13 saat yarımdır.

Radioda türk, ərəb, rus, talış, ləzgi, kürd, erməni, gürcü dillərində şöbələr fəaliyyət göstərir.

“Burada əsasən Azərbaycan həyatına dair xəbərlər, şərh və söhbətlər gedir. Şübhəsiz ki, Azərbaycanın istər beynəlxalq arenada, istərsə daxildə müasir dövrdəki fəaliyyəti işıqlandırılır. Hər şöbənin özünün mütəxəssisləri var”.

C.Bağırov deyir ki, beynəlxalq radioda həftənin cərşənbə axşamı və cümə axşamı talış dilində, bazar erəsi və çərşənbə günü ləzgi və kürd dilində 15 dəqiqəlik veriliş hazırlanır. O, bildirib ki, bu verilişlərdə azsaylı xalqların Azərbaycan dövlətinin daxili və xarici siyasətini dəstəkləmələrindən, Azərbaycanda onların ana dilinin adət və ənənələrinin inkişafı üçün yaradılan şəraitdən danışılır.

Bununla yanaşı, beynəlxalq radioda ərəb, erməni, rus, gürcü və türk dillərində də proqram efirə verilir. Cənubi Azərbaycan üçün Azərbaycan dilində, İran üçün isə isə fars dilində  verilişlər yayımlanır. Erməni və ərəb dilində olan verilişlərin həcmi bir saat, rus dilində olan proqramın həcmi isə yarım saatdır. Gürcü dilində olan proqram 15 dəqiqəlikdir və bazar erəsi, çərşənbə, cümə günləri yayımlaınr. 

Qeyd edək ki, beynəlxalq radio 1941-ci ilin avqustundan fəaliyyət göstərir. Əsasən orta və qısa dalğada yayımlanan radioda azsaylı xalqların dilində verilişlər yayımlanır.

Modern.az-a məlum olub ki, İTV-də isə əvvəllər azsaylı xalqlarla bağlı departament fəaliyyət göstərsə də, sonradan bu departmanet ləğv edilib.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi