Modern.az

“Mercedes” VAZ”la toqquşdu - Ölənlər var

“Mercedes” VAZ”la toqquşdu - Ölənlər var

Hadisə

29 Avqust 2022, 12:25

Avqustun 28-də saat 14 radələrində Tovuz rayonunun Düz Cırdaxan kəndi ərazisində kənd sakini Müşfiq İslamzadənin idarə etdiyi “VAZ-2107” markalı və Daşkəsən rayon sakini E.Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, nəticədə M.İslamzadənin sərnişini Fərid Mustafayev xəstəxanaya aparılarkən yolda, özü isə xəstəxanada ölüb. 

 

Hazırda Tovuz RPŞ-də araşdırma aparılır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi