Modern.az

Parlamentin mətbəxində hansı qanunlar hazırlanır? – Komitədən yeni xəbər var

Parlamentin mətbəxində hansı qanunlar hazırlanır? – Komitədən yeni xəbər var

Parlament

30 Mart 2013, 12:29

Ölkənin qanunverici orqanı olan Milli Məclisdə çoxlu qanun layihələri hazırlanır, müzakirə olunur və sonda qəbul olunur. Bəzən isə qəbul edilmiş qanunlara əlavə və dəyişiklər edilir. Zaman dəyişir, hər şeydə inkişaf müşahidə edilir. Zamanın dəyişməsi isə yeni tələbləri ortaya çıxarır. Bəs zaman uyğun bu gün daha hansı qanunların qəbuluna ehtiyac var?

Modern.az-ın əməkdaşı Milli Məclisin hər bir komitəsində təmsil olunan deputatlardan münasibət öyrənməyə çalışıb.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədr müavini, millət vəkili Rövşən Rzayev bildirib ki, o, yuvenyal ədliyyə ilə bağlı qanun layihəsi təqdim edib.

“Bu dəqiqə çox maraqlıyam ki, o qanun layihəsini keçirdə bilək. İctimai dinləmələri o barədə keçirmişik. Hazırda maraq bundan ibarətdir. Bunda əlavə, İnzibati Xətalar Məcəlləsində yol hərəkatı qaydaları ilə bağlı müəyyən sərtləşdirmənin tərəfdarıyam. Digər təklifim isə maşınların evakuatorla aparılması ilə bağlıdır. Belə ki, xüsusi zərurət olmadan maşını aparmaq olmaz. Ona görə cəriməni artırmaq lazımdır ki, bununla bağlı özbaşınalıqlar olmasın. Sərtləşdirmə bütün cərimələr yerində ödənilməklə daha ağır sanksiyalarının, maliyyə sanksiyalarınıən artırılması ilə bağlı olsun. Bu istiqamətdə düşündüyüm fikirlər bundan ibarətdir”.

Komitənin üzvi, millət vəkili Rafael Cəbaryılov isə qeyd edib ki, qanun statik bir şeydir, bir dəfə qəbul edirsən tərpənməz, dəyişmədən qalır. Amma zaman cəmiyyət dinamik inkişaf edən bir qurumdur. “Təbii ki, cəmiyyət inkişaf edəndə orada ictimai münasibətlər qanundan daha çox uzaqlaşır və qanunda dəyişiklər etmək lazımdır. Çox layihələr var, amma şəxsən özümün təqdim etdiyim qanun layihələri avtoxuliqanlıq, sərxoş vəziyyətdə avtomobili idarə etməklə, etibarnamələrin ləğv olunması ilə bağlıdır. 7-8 başqa layihənin üzərində işləyirəm amma orada bir az ictimai rəy öyrənilməlidir”.

R. Cəbrayılov qeyd edib ki, konkret zamana görə qanun layihələrinin qəbul edilməsi mərhələsindən çoxdan keçmişik. “Bizdə istənilən ictimai münasibətləri tənzimləyən qanunlarımız var. Amma burada qanunun hansısa hissəsinin “köhnəlməsindən” söhbət gedə bilər. “Köhnəlmə” istənilən cəmiyyətə məxsus olan haldır, çünki cəmiyyət özü inkişaf edir. Qanunlara dəyişiklərin olması vacib məsələdir, amma ayrıca qanunun qəbuluna ehtiyac yoxdur”.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...