Modern.az

Paşinyanla Putin Qarabağı müzakirə edib

Paşinyanla Putin Qarabağı müzakirə edib

Qarabağ

29 Avqust 2022, 16:43

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, tərəflər Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər. 

 

Telefon danışığında Qarabağ mövzusuna toxunan Paşinyan və Putin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların bəndlərinin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi