Modern.az

Rusiya Suriyadakı S-300-ləri Krıma apardı - FOTO

Rusiya Suriyadakı S-300-ləri Krıma apardı - FOTO

Dünya

29 Avqust 2022, 19:50

Rusiya Suriyadakı aviabazasında yerləşdirdiyi S-300 zenit-raket komplekslərini Krıma aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

İsrailin "ImageSat İnternational" (ISI) peyk şirkətinin çəkdiyi görüntülər məlumatı təsdiqləyir.

 

Belə ki, aprel ayında Suriyanın Masyaf şəhərində yerləşdirilən S-300 sistemi daha sonra Tartus limanında gəmiyə yüklənərkən peyk vasitəsilə görüntülənib.

 

Məlumata görə, S-300 sistemləri Novorossiysk limanına aparılıb. Silah daşıyan mülki gəminin Türkiyənin Çanaqqala boğazından keçdiyi bildirilir.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI