Modern.az

Məktəblərin strukturuna yenidən baxılmalıdır - Nazir

Məktəblərin strukturuna yenidən baxılmalıdır - Nazir

Təhsil

29 Avqust 2022, 22:09

"Müəllimlərin sayında siniflərin sayı ilə münasibətdə disbalans var".

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” verilişində bildirib.

 

Nazir qeyd edib ki, qeyri-bərabərlik üç əsas yolla tənzimlənə bilər:

 

“Biz çalışırıq ki, bunu müəllimlərin işə qəbulu prosesində tənzimləyək. İkinci həll yolu məktəblərin ştat cədvəli dediyimiz sistemdir. XXI əsrdə artıq məktəblərin strukturu da fərqli olmalıdır. Məktəblərin strukturuna yenidən baxılmalı və addımlar atılmalıdır. Digər tərəfdən sertifikasiya məsələsi önəmlidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu