Modern.az

Serbiya Azərbaycandan qaz almaq istəyir

Serbiya Azərbaycandan qaz almaq istəyir

30 Avqust 2022, 00:41

Serbiya enerji çatışmazlığı ilə bağlı problemləri həll etmək üçün İraq və Venesueladan neft almaq imkanını nəzərdən keçirir.

 

Modern.az bildirir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç məlumat verib.

 

O, Azərbaycandan qaz, Çin və İndoneziyadan kömür almaq planlarından danışıb.

 

Prezidentin sözlərinə görə, Serbiyada elektrik enerjisinin 70%-i istilik elektrik stansiyaları tərəfindən təmin edilir, bununla əlaqədar Çin və İndoneziyadan 2 milyon tona yaxın kömür almağı planlaşdırır.

 

Bundan əlavə, Serbiya 2023-cü ildə Azərbaycandan qaz almağı və bu il anbarlardakı qaz ehtiyatını artırmağı hədəfləyir.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi