NİDA vətəndaş hərəkaytının İdarə Heyəti üzvü Rəşadət Axundov saxlanılıb. Bu barədə Modern.az-a NİDA-nın üzvləri məlumat veriblər.
İlkin məlumatlara görə, Rəşadət Axundov Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə aparılıb.
***
Əldə etdiyimiz məlumata görə, NİDA Vətəndaş Hərəkatının İdarə Heyəti üzvləri Rəşadət Axundov və Üzeyir Məmmədli Nəsimi Rayon Məhkəməsinə aparılacaqlar.
***
NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşadət Axundova və Üzeyir Məmmədli Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə təqsirli bilinərək 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Modern.az