Modern.az

Qalib diasporun nüfuzu: Artıq hər kəs reallığı qəbul edir!

Qalib diasporun nüfuzu: Artıq hər kəs reallığı qəbul edir!

30 Avqust 2022, 12:45

Azərbaycan dövlətinin inkişafı, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin tək regionda deyil, dünyada güc mərkəzlərindən birinə çevrilməsi prosesi sürətlə davam edir. Bu yolda Azərbaycan diasporunun fəaliyyəti danılmazdır.

 

Azərbaycan diasporu Vətən müharibəsindən sonra qalib diaspor olaraq xaricdə yeni mərhələyə keçib. Bu yolda xaricdə olan soydaşlarımızın, eyni zamanda Diaspor Komitəsinin də üzərinə böyük vəzifə düşür. Qarşılıqlı iş, əməkdaşlıq xaricdə Azərbaycan adının, diasporunun tanınmasına gətirib çıxarır. Eyni zamanda xaricdəki soydaşlarımızın siyasi yöndə də hakimiyyəti dəstəkləməyə vadar edir. 

 

Bu gün birmənalı şəkildə demək olar ki, xaricdəki soydaşlarımızı daha siyasi intiriqalar, siyasi mövqelər maraqlandırmır. Onlar son illər Azərbaycan dövlətinin diaspor sahəsində yürütdüyü siyasətdən məmnundular. Artıq kəskin mövqedə olanlar da ölkə Prezidenti İlham Əliyevin apardığı siyasətə güvənir, onu müdafiə edirlər. Çünki bu siyasət Azərbaycanın ərazi bütövlüyünü təmin etdi və ölkəmizi firəvan gələcəyə aparır.

 

Ötən və bugünkü dövrümüzü müqayisədə deyə bilərik ki, xaricdə aparılan siyasət mütləq əksəriyyət tərəfindən dəstəklənir. Artıq xaricdə möhkəm vətəndaş birliyinin şahidi oluruq.

 

 

Eyni zamanda bu yolda Diasporla İş üzrə Dövlət Komitəsinin də üzərinə böyük vəzifə düşür. Çünki xaricdə yaşayan müxtəlif düşüncəli soydaşlarımızı bir təşkilat, bayraq altında möhkəm birləşdirmək o qədər də asan iş deyil. Azərbaycandan kənarda soydaşlarımızı bir araya yığmaq, onların fikirlərini öyrənmək, dəstək vermək kəskin mövqedə olan soydaşlarımızın da fikirlərini dəyişir. Bu görüşlərdən biri Azərbaycan diasporunun aktiv fəaliyyət göstərdiyi Almaniyada baş tutub.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovun Almaniyanın Dortmund şəhərində Azərbaycan icması ilə görüşü keçirilib. Görüşdə Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin üzvləri, Almaniyanın 31 şəhərində yaşayan Azərbaycan diasporunun fəalları, türk icmasının üzvləri və güneyli azərbaycanlılar iştirak ediblər.

 

Diaspor fəallərı ilə Almaniyanın siyasi dairələrilə sıx əməkdaşlıq əlaqələrinin qurulması yolları müzakirə olunub. Eyni zamanda diaspor fəallarının əksəriyyəti Düsseldorf şəhərində Azərbaycan Evinin və həftəsonu Azərbaycan məktəbinin açılmasını arzuolunan hesab ediblər.

 

Elə bugünlərdə son görüşlə bağlı Almaniyada yaşayan hüqüq müdafiəçisi Əlövsət Əliyev də öz sosial şəbəkəsində status paylaşıb. Hüquq müdafiəçisi Azərbaycan diasporunun yaxın gələcəkdə Avropa siyasətinə təsir etmə gücünə malik olacağını bildirib:

 

“Kifayət qədər faydalı təkliflər və maraqlı müzakirələr oldu. Tədbir tənqidə və təkliflərə açıq idi. Hər təklifin və yeni ideyanın təşkilatçılar tərəfindən qeydiyyatının aparılması, türk icmalarının və güneyli soydaşlarımıza məxsus dərnəklərin təmsilçilərinin fəal iştiraklarına da sevindim. Yaxın gələcəkdə Avropa siyasətinə təsir edə biləcək diaspor təşkilatlarının yaranacağına çox ümidliyəm”.

 

 

Bu, onu göstərir ki, əks fikirdə olan xaricdə yaşayan soydaşlarımız da artıq reallıqlarla barışır, Azərbaycan diasporunun inkişafı, dünya miqyasında tanınması üçün birlikdə işləməli olduğunu anlayır. Diaspor təşkilatlarının yerli cəmiyyət arasında nüfuz qazanması, ictimai rəyə təsirinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin təbliği istiqamətində Almaniyanın siyasi dairələri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması böyük diaspor ailəsinin üzərinə böyük vəzifə qoyur.

 

Artıq deyə bilərik ki, bu gün diasporumuz özünün ən yeni və mütəşəkkil mərhələsini yaşayır. Xaricdə yaşayan soydaşlarımız dünyada baş verən təhlükəli tendensiyaları və geosiyasi prosesləri çox düzgün anlayır, əsas qayənin vətəninə və dövlətinə xidmət etmək olduğunu qəbul edirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər