Modern.az

Bakıda avtobus aşdı: xeyli yaralı var

Bakıda avtobus aşdı: xeyli yaralı var

30 Mart 2013, 21:42

Bakı şəhərinin Nizami rayonu ərazisində, Qara Qarayev metrosunun yaxınlığında sərnişin avtobusu aşıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından  Trend-ə bildirilib ki, hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Ancaq bundan çox sərnişinin xəsarət aldığı da güman edilir.

Hadisə yerinə göndərilmiş briqada 6 nəfərə ilkin tibbi yardım göstərərək, onları xəstəxanalara yerləşdirib. Onların 4-ü qadın, 2-i kişi olub.

Zərərçəkənlərin vəziyyətləri müxtəlif cür qiymətləndirilib. Stansiyadan bildirilib ki, onlar arasında vəziyyəti ağır və yüngül olanlar da var.

Qəza ilə bağlı məlumatı Nizami Rayon Polis İdarəsində təsdiqləyiblər. Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu