Şəhərlərarası danışıqlarda köhnə yığım qaydası dayandırılacaq. Bu barədə Modern.az-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti məlumat verib. Nazirlikdən bildirilib ki, Azərbaycan ərazisində telekommunikasiya şəbəkəsinin vahid nömrələmə sisteminə keçirilməsi üçün 2011-ci ildən etibarən yeni zona kodlarının tətbiqinə başlanılıb. Bu vaxtadək respublikada yeni yığım formatı ilə paralel olaraq köhnə yığım qaydası da istifadə edilib. Yeni sistemə keçidlə əlaqədar olaraq artıq 1 aprel 2013-cü il tarixindən köhnə yığım qaydası tam dayandırılacaq və yalnız yeni format tətbiq ediləcək.
Modern.az |