Modern.az

Ukraynada qalmaqallı media qanunu birinci oxunuşda qəbul edildi 

Ukraynada qalmaqallı media qanunu birinci oxunuşda qəbul edildi 

Media

31 Avqust 2022, 00:52

Ukrayna Ali Radası kütləvi informasiya vasitələrinin işi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Strana" nəşri məlumat yayıb.

 

423 deputatdan 233-ü qanun layihəsinn lehinə səs verib. 

 

Qanun layihəsi Ukraynanın Televiziya və Radio Yayımları üzrə Milli Şurasına məhkəmə qərarı olmadan kütləvi informasiya vasitələrinin, o cümlədən onlayn nəşrlərin işini dayandırmağa imkan verəcək. Milli Şura həmçinin cərimələr tətbiq edə, KİV-lərin qeydiyyatını ləğv edə və ya materialların yayılmasına qadağa qoya biləcək. Qanun Rusiya vətəndaşları və ya rezidentlərinin daxil olduğu mətbuat orqanlarının fəaliyyətini qadağan etməyi təklif edir.

 

Qanun layihəsi jurnalistlər və hüquq müdafiəçiləri tərəfindən tənqid edilib. Onların fikrincə, yeni qanun Ukraynada söz azadlığını məhdudlaşdıracaq.

 

Bildirilir ki, qanun layihəsi parlamentə üç il əvvəl daxil olub. Müharibənin başlanmasından sonra hökumət qanunun qəbul edilməsinin sürətləndirilməsini istəyib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu