Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
FHN-dən Modern.az-a verilən məlumatına görə, yanğının daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.
Hazırda yanğınsöndürmə işləri aparılır.
Qeyd edək ki, avqustun 30-da Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və 70 nəfərə yaxın canlı qüvvəsi, 2 ədəd helikopteri, Ekologiya və Təbi Sərvətlər Nazirlinin əməkdaşları və yerli sakinlər cəlb edilib.