Modern.az

Qusarda ər arvadını öldürdü

Qusarda ər arvadını öldürdü

Hadisə

31 Avqust 2022, 10:15

Avqustun 30-u saat 23 radələrində Qusar rayonu, Piral kənd sakini 1988-ci il təvəllüdlü Aksana Mollayevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Qusar rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1978-ci il təvəllüdlü Farik Mollayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aksana Mollayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Farik Mollayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


İş üzrə istintaq davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...