Ermənistanda keçirilən prezident seçkilərində Serj Sərkisyanın qalib gəlməsinə etiraz olaraq aclıq elan edən İrs partiyasının sədri Raffi Ovanisyan aksiyanı dayandırıb. Modern.az-ın erməni kİV-lərinə istinadən verdiyi xəbərə görə, Ovanisyan bu gün aclıq aksiyasını dayandırdığını açıqlayıb.
Xatırladaq ki, martın əvvəlində tərəfdarları qarşısında çıxış edən Ovanisyan Serj Sarkisyan istefa verənədək aclığı davam etdirəcəyini bildirmişdi.
Modern.az