Modern.az

Müdafiə Nazirliyi: “Cəbhədə vəziyyət gərgin olaraq qalır”

Müdafiə Nazirliyi: “Cəbhədə vəziyyət gərgin olaraq qalır”

1 Aprel 2013, 09:43



Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, cəbhə xəttində atəşkəs pozulmaqda davam edir.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Noyemberyan rayonunun Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Fərəhli kəndləri yaxınlığında yerləşən mövqelərimizi  atəşə tutublar.  Füzuli rayonunun işğal olunmuş Aşağı Əbdülrəhmalı, Qaraxanbəyli və Aşağı Seyidəhmədli, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Göygöl və Gədəbəy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu