Modern.az

İordaniya kraliçası Azərbaycana gəlir

İordaniya kraliçası Azərbaycana gəlir

1 Aprel 2013, 10:36


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri həmsədri olan İordaniya kraliça Nur Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkil etdiyi Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Azərbaycana 2 günlük səfərə gələcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Səfər zamanı kraliça Nur forumda iştirakla yanaşı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ali toplantısında iştirak edərək illik hesabatı dinləyəcək.

Kraliça Nur kral Hüseynin adını daşıyan Fonda rəhbərlik edir.

Cənubi Qafqaz Forumu dünyanın 50-dən çox ölkəsindən təmsil olunacaq 30-dan çox sabiq ölkə və hökumət rəhbərləri, 200-dən çox dünyanın ən nüfuzlu elm adamları, nüfuzlu strateglerinin iştirak edəcəyi beynəlxalq əhəmiyyətli tədbirdir.

Forumun təşkilinə İsgəndəriyyə Kitabxanası, Fundacion de Paz, Roma Klubu, Gəncə Şəhər İcra hakimiyyəti və bir sıra digər nüfuzlu qurumlar dəstək göstərir.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu