Modern.az

“El” hərəkatı bir azdan AÇIQLAMA verəcək

“El” hərəkatı bir azdan AÇIQLAMA  verəcək

1 Aprel 2013, 10:46


Bu gün “EL” hərəkatı üzləşdiyi ofis problemi və eləcə də digər məsələlərlə bağlı mətbuat konfransı keçirəcək. Bu barədə Modern.az hərəkatın təşəbbüs qrupunun üzvü Eldəniz Quliyev məlumat verib.

Üzləşdikləri problemlərinin müəyən qədər həll olunduğunu deyən E.Quliyev keçirəcəkləri mətbuat konfransında açıqlamalar verəcəklərini bildirib.

“İnşallah bu gün mətbuat konfransımız olacaq. Bu məsələlərlə bağlı mətbuata daha geniş məlumat verəcəyik. Ofis məsələsi ilə bağlı demək istərdik müəyyən problemlərimizi həll eləmişik. Bəlkə də qazandığımız itirdiyimizdən çox oldu”-deyə E.Quliyev qeyd edib.

Xatırladaq ki, martın əvvəlində elan olunan “El” hərəkatı icarəyə götürdüyü ofisdən çıxarılıb. Hərəkatın lideri Eldar Namazovun bildirdiyinə görə, ofis sahibi təzyiqlərlə üzləşdiyini əsas gətirərək onlardan obyekti tərk etməyi xahiş edib.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?