Modern.az

Araz Əlizadə: “Ötən seçkilərdə namizədimizi qeydə almadılar...”

Araz Əlizadə:  “Ötən seçkilərdə namizədimizi qeydə almadılar...”

1 Aprel 2013, 11:38

“Prezident seçkilərinə hazırlıq işləri sürətlə davam edir. Hazırda imza toplama qaydalarının öyrənilməsi ilə bağlı seminarlar keçirilir”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə bildirib. Təmsil etdiyi partiyanın seçkilərdə iştirak edəcəyini deyən A.Əlizadə ASDP-nin namizədinin hələlik bəlli olmadığını vurğulayıb.  

ASDP sədri həmçinin bildirib ki, onların irəli sürdüyü namizəd qeydiyyata alınmasa partiya üzvləri sərbəst şəkildə səsverməyə qatılacaqlar.

“Prezident seçiləri ilə bağlı hazırlıqlarımız davam edir. Seminarlar keçirilir. İmza toplamaq qaydaları öyrənilir. Seçkilərdə müşahidəçilik məsələləri ətrafında seminarlar həyata keçirilir. Başımızı aşağı salıb işimizi görürük.

Partiyamızın qərarı belədir ki, əgər bizim namizədimiz qeydiyyata alınmasa partiya üzvləri azaddırlar, kimə istəyərlər səs verərlər. Qeyd edim ki, bundan öncə də bizim namizədimiz qeydə alınmamışdı”.

Anar RÜSTƏMOV 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var