Azərbaycan Respublikası Milli Məclisinin deputatı və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov növbəti dəfə Facebook sosial şəbəkəsindəki şəxsi səhifəsi və Twitter hesabı üzrə dostları ilə görüşü keçiriləcək. Modern.az-ın məlumatına görə, görüş aprel ayında baş tutacaq.
Qeyd edək ki, görüş daha yaxından tanış olmaq, mövcud əlaqələri inkişaf etdirmək, ölkədə aktual olan mövzular ətrafında gənclərlə müzakirələr aparmaq, gəncləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi etmək, onların fikir və təkliflərini dinləmək məqsədi daşıyır.
Görüşün daha səmərəli və effektiv keçirilməsi üçün görüşdə iştirak etmək istəyənlərdən aşağıdakı qeydiyyat formasını dolduraraq 07 aprel 2013-cü il tarixədək [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
Anar