Modern.az

Ədalət Partiyasını tərk etmiş Heydər Oğuz yenidən İlyas İsmayılovun yanında

Ədalət Partiyasını tərk etmiş Heydər Oğuz yenidən İlyas İsmayılovun yanında

1 Aprel 2013, 13:24

O, Ədalət Partiyasından niyə getmişdi və niyə qayıtdı?



Bir müddət əvvəl Ədalət Partiyasının sıralarını tərk edən Heydər Oğuz yenidən partiyaya qayıdıb. H.Oğuz bu gündən etibarən partiya sədrinin ideoloji məsələlər üzrə müavini vəzifəsində fəaliyyət göstərəcək. Maraqlıdır, o, partiyadan niyə getmişdi və niyə qayıtdı?

Modern.az-ın məlumatına görə, Heydər Oğuz partiyanın mətbuat xidmətinə verdiyi açıqlamasında deyib ki, “Ədalət”dən ayrılanda da, partiyaya qayıdanda da eyni məqsədi güdüb: “Hər iki halda düşünmüşəm ki, daha real mübarizəylə məşğul olmaq lazımdır. Sadəcə, partiyadan ayrılandan sonra anladım ki, daha real mübarizə aparmaq imkanı heç də düşündüyüm kimi deyilmiş. Cəmiyyətin hələ bizim real hesab etdiyimiz mübarizəyə hazır olmadığını gördüm və partiyanın imkanlarından istidafə edərək daha effektli təbliğat-təşviqat işiylə məşğul olmağa qərar verdim”.

H.Oğuz bu addımının bəzi dostlarını  qıcıqlandırmayacağına inandığını da vurğulayıb:  “Xüsusən də, əgər bu dostlar köhnə dostlardırsa... Atalar demişkən, “hər şeyin təzəsi, dostun köhnəsi”. Ümidvaram ki, hər kəslə münasibətimiz bu atalar sözünə uyğun qaydada davam edəcək”.  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu