Modern.az

Səlim Müslümovun qəbuluna düşmək istəyənlər bunu mütləq oxusunlar

Səlim Müslümovun qəbuluna düşmək istəyənlər bunu mütləq oxusunlar

1 Aprel 2013, 13:45


Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov 10 aprel 2013-cü il tarixdə, saat 11.00-da DSMF-nin Xaçmaz rayon şöbəsinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının,  11 aprel 2013-cü il tarixdə, saat 10.00-da DSMF-nin Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının sakinləri üçün qəbul keçirəcək.
Fondun İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a bildirlib ki, qəbula yazılmaq istəyən vətəndaşların “info @ sspf.gov.az ” elektron poçt ünvanı, 190 saylı “Qaynar xətt”, 172-5-05-25 nömrəli telefon vasitəsilə DSMF-nin  Xaçmaz rayon şöbəsinə və 018-652-02-94, 018-652-01-98 nömrəli telefonlar vasitəsilə DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət etmələri xahiş olunur. DSMF sədrinin qəbuluna ətraf rayonlardan gələcək vətəndaşlar həmin gün səhər saat 09.00-da müvafiq rayon şöbələrindən yola düşəcək nəqliyyatla təmin ediləcək. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu