Modern.az

“Eşşək” nazirlik əməkdaşının işdən çıxarılmasına səbəb oldu - FOTO

“Eşşək” nazirlik əməkdaşının işdən çıxarılmasına səbəb oldu - FOTO

1 Aprel 2013, 14:03

Bu günlərdə Modern.az-ın əməkdaşı ictimai nəqliyyatda xoşagəlməz mənzərə ilə qarşılaşmışdı. Belə ki, əməkdaşımız 88 saylı marşrut üzrə işləyən avtobusun salonuna eşşək şəklinin yapışdırıldığını və rəsmin üzərinə “Təmizliyə riayət elə - riayət etmirsənsə, sən də mənim tayımsan” sözlərinin yazıldığını müşahidə edib.

Avtobusla gedən sərnişinlərin bir çoxu sürücüyə etiraz edərək bunu özləri üçün təhqir hesab etdiklərini deyiblər. Xəbər saytımızda getdikdən sonra Nəqliyyat Nazirliyi bu məsələ ilə bağlı tədbir görüb.

Nəqliyyat Nazirliyindən Modern.az-a verilən məlumata görə, buna nəzarət etməli olan nazirliyin departament işçisi öz vəzifəsindən azad olunub.

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu