Modern.az

DİN həbs olunan dindarla bağlı məlumat yaydı

DİN həbs olunan dindarla bağlı məlumat yaydı

1 Aprel 2013, 14:32

Daxili İşlər nazirliyindən Modern.az-a verilən məlumata görə, Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisindəki "ABU Petrol" yanacaq doldurma məntəqəsinin yaxınlığında Bakı şəhər sakini Anar Məlikovdan 1 ədəd "Makarov" markalı tapança, 4 ədəd patron və 1 ədəd bıçaq, həmyerlisi Taleh Bağırovdan isə 1,026 qram heroin götürülüb.

Qeyd edək ki, Taleh Bağırov dindardı və onun tutulmasına görə, dindarlar bu gün saat 15:00-da Nardaranda aksiya keçirəcəklərini bildiriblər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu