Modern.az

TQDK abituriyentlərə müraciət etdi

TQDK abituriyentlərə müraciət etdi

1 Aprel 2013, 18:13

TQDK mobil rabitə operatorlarından ödəmə kartı əldə edib sonradan iş nömrəsini və şifri (seriya nömrəsini və Pin kodu) unutmuş abituriyenlətə müraciət edib. TQDK-nın məktbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Azercell, Bakcell və ya Nar Mobile mobil rabitə operatorları vasitəsilə 7725 və 7735 nömrələrindən “Elektron ərizə vermək üçün odəmə kartı” və ya “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı” əldə edib iş nömrəsini və şifri (seriya nömrəsini və Pin kodu) unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonlarına ala bilərlər.

“Elektron ərizə vermək üçün odəmə kartı”nın məlumatları barədə mesaj almaq üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2, “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı”nın məlumatları barədə mesaj almaq üçün isə ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 3 rəqəmini göndərmək lazımdır. Nəticədə abunəçinin nömrəsinə həmin nömrədən əldə edilmiş son üç virtual ödəmə kartı barədə məlumat göndərilir.

Xidmət haqqı 0,10 AZN təşkil edir. ƏDV daxildir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu