Modern.az

Liz Trass planlarını AÇIQLADI

Liz Trass planlarını AÇIQLADI

5 Sentyabr 2022, 16:02

Liz Trass Britaniyanın yeni Baş naziri seçildikdən sonra ilk çıxışını edib.

 

Modern.az xarici KİV-lərə sitinadən xəbər verir ki, Trass Mühafizəkarlar Partiyasının lideri seçilməyin şərəfli olduğunu deyib.

 

Yeni Baş nazir çıxışında COVID pandemiyasından sonra vergiləri azaltmaq və Britaniya iqtisadiyyatını gücləndirmək üçün cəsarətli plan təqdim edəcəyini, enerji böhranı və Milli Səhiyyə Xidməti ilə bağlı işlər görəcəyini açıqlayıb.

 

Liz Trass, həmçinin, keçmiş Baş nazir Boris Consona təşəkkür edərək onun Brexiti həyata keçirdiyini, koronavirus vaksinlərinin yayılmasında mühüm rol oynadığını və Vladimir Putinə qarşı durduğunu əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi