Modern.az

Consonun baş nazir kimi Zelenski ilə SON SÖHBƏTİ

Consonun baş nazir kimi Zelenski ilə SON SÖHBƏTİ

Dünya

5 Sentyabr 2022, 18:44

Böyük Britaniyanın Baş naziri Boris Conson və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün "Twitter" hesabında məlumat yayıb.

 

O qeyd edib ki, Consonla hazırkı vəzifəsində sonuncu dəfə söhbət edib.

 

"Bütün Ukrayna xalqının adından ona şəxsi cəsarətinə, prinsiplərinə və Rusiyanın təcavüzünə qarşı mübarizədə böyük töhfəsinə görə təşəkkür etdim. Ukraynanın böyük dostu ilə yeni statusda əməkdaşlığı səbirsizliklə gözləyirəm", - deyə Zelenski yazıb.

 

Qeyd edək ki, Böyük Britaniyanın yeni Baş naziri Liz Trass seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi