Modern.az

Rusiyada sutkalıq yoluxma 40 mini keçdi 

Rusiyada sutkalıq yoluxma 40 mini keçdi 

5 Sentyabr 2022, 19:42

Rusiyada son bir gündə koronavirusa yoluxma hallarının sayı 41 690 nəfər, ölənlərin sayı isə 76 nəfər artıb.

 

Modern.az xəbər verir ki, bu barədə sentyabrın 5-də infeksiyaya qarşı mübarizə üzrə federal operativ qərargahda jurnalistlərə məlumat verilib.

 

Bir gün əvvəl ölkədə 48 042 yoluxma, 87 ölüm halı qeydə alınıb, pandemiyanın başlanğıcından indiyədək yoluxanların sayı 19 771 113, ölənlərin sayı 384 787 nəfər olub.

 

Sağalanların sayı əvvəlki günlə müqayisədə 30 703 nəfər artaraq 18 777 401-ə çatıb.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi