Modern.az

Ukraynada qadınların hərbi qeydiyyatı başlayır 

Ukraynada qadınların hərbi qeydiyyatı başlayır 

5 Sentyabr 2022, 20:07

Oktyabrın 1-dən Ukraynada qadınlar könüllülük əsasında hərbi qeydiyyata alınacaqlar.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Anna Malyar bildirib.

 

O vurğulayıb ki, hakimiyyət ukraynalı qadınlar üçün səyahət məhdudiyyəti qoymağı planlaşdırmır.

 

“İndi Ukraynanın silahlı qüvvələrində hələ də qadınlara ehtiyac var - tibb, radiotexnika və qida texnologiyaları üzrə mütəxəssislər lazımdır. Ancaq digər peşələrə gəlincə, söhbət könüllü qeydiyyatdan gedir. Arzusu olan, həvəsli olan qadınların qeydiyyatdan keçmək hüququ olmalıdır, biz onları bu hüquqdan məhrum etməməliyik”, - deyə xanım Malyar bildirib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi