Modern.az

Həkimlərin imtahanında 50 nəfər iştirak edib

Həkimlərin imtahanında 50 nəfər iştirak edib

2 Aprel 2013, 12:14

Azərbaycanda ilk dəfə olaraq həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə növbəti imtahan artıq başlayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin Modern.az-a açıqlamasında 50 nəfərin artıq imtahanda olduğunu və yaxın dəqiqələrdə imtahanın bitəcəyini qeyd edib.

A. Qədirli bildirib ki, imtahanda iştirak edənlər məlumatları günün sonunda əldə edə bilərlər.

Azərbaycanda həkimlərin mərkəzləşdirilmiş qaydada ilk imtahanı martın 28-də keçirilib.

Qeyd edək ki, bu ildən etibarən “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Səhiyyə Nazirliyi Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən, Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.

Aytən Əliyeva
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu