Modern.az

Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB

Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB

5 Sentyabr 2022, 22:21

Xətai rayonunda baş verən yanğın söndürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

 

Bundan əlavə, Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayonunda yerləşən icra şöbəsinin inzibati binasında yanğın olmasına dair xəbərlərə münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yanğın nazirliyin qurumunun binasında deyil, qonşuluqdakı çay evində baş verib.

 

***

21:44

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanğın olması barədə məlumat daxil olub.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU