Belarus məhkəməsi müxalif siyasətçilər Yuri Zenkoviçi 11 il, Aleksandr Fedutanı və Qriqori Kostusevi 10 il, Olqa Qoluboviç, Denis Kravçuku isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Belarus" məlumat yayıb.
Adı çəkilən Belarus müxalifətçiləri dövlət çevrilişinə cəhddə və Prezident Aleksandr Lukaşenkoya sui-qəsd hazırlamaqda ittiham olunurlar. Feduta, Kostusev və Zenkoviç cəzalarını ciddi rejimli koloniyada çəkəcəklər.
Müstəntiqlərin fikrincə, müttəhimlər Qələbə günü paradında Lukaşenkonu öldürmək üçün sui-qəsd hazırlayıblar.
İş üzrə saxlanılan şəxslər özlərini təqsirli bilməyiblər və ittihamları əsassız hesab ediblər.
Akif İsmayılov