Böyük Britaniyanın daxili işlər naziri Priti Patel istefa verib.
Modern.az xəbər verir ki, nazir Liz Trassı yeni Baş nazir seçilməsi münasibətilə təbrik edib və vəzifəsindən getmək qərarına gəldiyini bildirib.
"Liz Trass rəsmi olaraq vəzifəyə başlayandan və yeni daxili işlər naziri təyin etdikdən sonra mən ölkəmə Uitem seçki dairəsindən millət vəkili kimi xidmət etməyə davam edəcəyəm", - deyə Patel vurğulayıb.
Qeyd edək ki, Liz Trass sabah Kraliça tərəfindən rəsmi olaraq ölkənin Baş naziri təyin edildikdən sonra yeni kabineti seçəcək.