Modern.az

Kəlbəcərin işğalı ilə bağlı tədbir keçirilir

Kəlbəcərin işğalı ilə bağlı  tədbir keçirilir

2 Aprel 2013, 13:04

Dağlıq Qarabağın Azərbaycanlı İcması, Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi və Parlament Jurnalistləri Birliyinin birgə təşkilatçılığı ilə Kəlbəcər rayonunun işğalının 20-ci ilinə həsr edilmiş tədbir keçirilir.

Modern.az xəbər verir ki, ilk öncə Şəhidlər Xiyabanı ziyarət olunub. Daha sonra tədbir Dağlıq Qarabağın azərbaycanlı İcmasının binasında davam etdirilib. Tədbirdə kəlbəcərlilər və ictimaiyyət nümayəndələri iştikar edirlər. Tədbirdə rayonun işğalından bəhs edən videoçarx nümayiş etdirilib. Kəlbəcər Rayon İcra Hakimiyyəti və Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən hazırlanmış bu filmin diski tədbirdə iştirak edənlərə paylanıb.

Hazırda tədbir davam edir.

Elçin Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu