Modern.az

“Dağlıq Qarabağın Azərbaycanlı İcması” BMT-nin Təhlükəsizlik Şurasına müraciət edib

“Dağlıq Qarabağın Azərbaycanlı İcması” BMT-nin Təhlükəsizlik Şurasına müraciət edib

2 Aprel 2013, 14:14

“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciət edib. Modern.az-ın məlumatına görə, bu barədə xəbəri “Dağlıq Qarabağın Azərbaycanlı İcması”nın sədri Bayram Səfərov verib.

O deyib ki,  Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunub. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi BMT-nin məlum qətnaməsinin yerinə yetirilməsi üçün qurumun Təhlükəsizlik Şurasına müraciət edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?