Modern.az

Suriya üsyançıları neft quyularına nəzarəti ələ keçiriblər

Suriya üsyançıları neft quyularına nəzarəti ələ keçiriblər

2 Aprel 2013, 15:36


Modern.az bu barədə “Əl-Ərərbiyyə”yə istinadən xəbər verir. Məlumata görə, Suriya üsyançıları şimal-şərqdəki neft quyularının 70%-nə nəzarət edir.
Azad Suriya Ordusunun komandiri Əbu Əhməd bu barədə “Əl-Ərəbiyyə”yə bildirib: “Azad Suriya Ordusunu üzvləri ərazidə keşik çəkib, neft quyularını qoruyurlar”.
Başqa bir Azad Suriya Ordusu komandiri bildirib: “Beynəlxalq ictimaiyyətin tətbiq etdiyi sanksiyalara görə, quyuların bir çoxu fəaliyyət göstərmir. Ancaq biz onların fəaliyyətini yenidən bərpa etməyə çalışırıq. Hazırda qonşu ərazilərdəki kürdlərlə neft quyuları fəaliyyətə başlayanda quyulara birgə nəzarət etmək üçün danışıqlar aparırıq”.
 
Peykər İbrahimova

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi