Modern.az

Nazirlik Xaçmazdakı konsert məsələsinə aydınlıq gətirdi

Nazirlik Xaçmazdakı konsert məsələsinə aydınlıq gətirdi

2 Aprel 2013, 15:44


“Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Xaçmazda hər hansı konsert təşkil edilməyib”. Bu sözləri Modern.az-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva deyib. O, qeyd edib ki, onlar Azərbaycan rayonlarının işğal tarixlərini və matəm günlərini yaxşı bilirlər və həmin günlərdə hər hansı konsert keçirilmir.

“Əgər orada hər hansı müğənni iştirak edibsə, buna da nazirlik cavabdeh deyil. Belə hal onların öz yaradıcılığı ola bilər”.

Qeyd edək ki, bu gün-Kəlbəcərin işğalının 20-ci ildönümündə Xaçmaz rayon İcra Hakimiyyəti tərəfindən açıq konsert keçrilməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb. Həmçinin qeyd edilib ki, konsert rayonun Azərbaycanın "Əfsanələr paytaxtı" elan edilməsi münasibətilə keçrilib. Xaçmaz rayon İcra Hakimiyyəti isə yayılan xəbəri təkzib edib.

Aytən Əliyeva  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?