Modern.az

“Köçkünlər Masazıra yataqxanalar boşalandan sonra köçürüləcək”

“Köçkünlər Masazıra yataqxanalar boşalandan sonra köçürüləcək”

2 Aprel 2013, 17:33

“Masazır qəsəbəsində salınan yeni şəhərciyə məcburi köçkünlərin köçürülməsi yalnız Bakı Dövlət Universitetinin yataqxanalarının boşaldılmasından sonra baş verə bilər”. Bu sözləri Modern.az saytına açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib. Lakin o, BDU-nun yataqxanalarından məcburi köçkünlərin çıxarılma prosesinin nə vaxta qədər davam edəcəyini bilmədiyini də vurğulayıb.

Eyni zamanda E. Qədimov köçürülmə zamanı bir sıra problemlərin yaşandığını da qeyd edib. O bildirib ki, köçürülmə zamanı bəzi problemli məsələlər və ailələr ortaya çıxır. “Köçürülmə mürəkkəb prosesdir və bununla xüsusi yaradılmış komissiya işləyir. İlkin mərhələdə sənədləri tam qaydasında olan insanlar mənzillərlə təmin edilir. Köçürülmə zamanı problemləri çıxan ailələr isə komissiya tərəfindən araşdırılır və qanunvericiliyə uyğun olaraq addımlar atılır.

O, BDU-nun yataqxanalarının qarşısında keçirilmiş aksiyada xanım məcburi köçkünlərin iddialarının əsassız olduğunu və onlara komissiya tərəfindən qanunvericiliyə uyğun olaraq cavab veriləcəyi bildirilib. “Köçürülmə zamanı çox problemlər olur. Orada uzun müddət yaşamayan insanlar ortaya çıxır. Eyni zamanda yerli vətəndaşla ailə quran və sonradan mənzil almaq üçün süni şəkildə boşanan insanların olduğu məlum olur. Belələrinin mənzil tələb etməsi əsassızdır. Komissiya bu süni yolla meydana çıxan problemləri dəqiqliyinə qədər araşdırıb məsələyə baxır”.

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?