Modern.az

Həkimlərin imtahında 150 nəfərdən 70-i kəsilib

Həkimlərin imtahında 150 nəfərdən 70-i kəsilib

2 Aprel 2013, 17:52


Bu gün həkimlərin  mərkəzləşdirilmiş qaydada keçrilən nöcvbəti imtahanın nəticələri məlum olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Modern.az saytına bildirib ki, ümumilikdə 80 nəfər uğurlu nəticə göstərib. 70 nəfər isə uğur qazanmayıb.

  Azərbaycanda həkimlərin mərkəzləşdirilmiş qaydada ilk imtahanı martın 28-də keçirilib. 

Qeyd edək ki, bu ildən etibarən “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Səhiyyə Nazirliyi Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən, Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.   

Aytən ƏLİYEVA  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?