Modern.az

Çempionlar Liqasında 1/4 final həyəcanı - 2 oyun baş tutdu, meydana “Qalatasaray” çıxır

Çempionlar Liqasında 1/4 final həyəcanı - 2 oyun baş tutdu, meydana “Qalatasaray” çıxır

3 Aprel 2013, 09:57



Ötən gecə UEFA Çempionlar Liqasında 1/4 final oyunlarına start verilib. İlk oyun günündə iki qarşılaşma baş tutub. Avropa futbolunun nəhənglərindən olan “Bavariya” doğma meydanda İtaliya çempionu “Yuventus”u məğlub edib - 2:0. 
“Barselona” isə səfərdə PSJ-nin qonağı olub. Maraqlı mübarizə şəraitində keçən oyunda qapılara dörd qol vurulub. Tərəflər hərəyə iki dəfə fərqlənib – 2:2.

Bu gün 1/4 finalın digər iki oyunu keçiriləcək.

23:45. “Malaqa” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya)

23:45. “Real” (İspaniya) – “Qalatasaray” (Türkiyə)

Modern.az  
Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?